![](/uploads/img/posts/2024/01/25/e92baccd-aee1-3092-91a0-259f70530f37_850jpeg-1706170138.jpeg)
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvandakı birləşməsində döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçularla təlim-atış çalışmaları, praktiki məşğələ və təlimlər keçirilir.
Qarlı-şaxtalı havalarda, çətin relyefli ərazilərdə döyüş tapşırıqlarının yüksək peşəkarlıqla icrasına nail olunması məqsədilə şəxsi heyət təlim-atış çalışmasına cəlb edilib.
Havanın əlverişsiz olmasına baxmayaraq, təyin edilmiş hədəflər yüksək sərrastlıqla və hərbçi ustalığı ilə məhv edilib.
Daxili Qoşunların Naxçıvandakı birləşməsində plana uyğun olaraq təlim-atış çalışmaları davam edir.