Fransada terror təhlükəsi hələ də yüksəkdir.

Bunu Fransanın daxili işlər naziri Laurent Nunez BFM TV-yə açıqlamasında deyib.

“10 il əvvəlki kimi, terror hücumu ehtimalı azdır, amma ölkə ərazisində getdikcə radikallaşan şəxslərin mövcudluğunu nəzərə alsaq, bu ehtimal yüksək olaraq qalır”, - nazir bildirib.

O əlavə edib ki, ilin əvvəlindən bəri Fransada 6 terror hücumunun qarşısı alınıb.

Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Fransada İŞİD tərəfindən terror hücumları törədilib, nəticədə 100-dən çox insan həlak olub. Bu gün Fransada terror qurbanlarının anım mərasimi keçirilir.

.