
Türkiyənin baş naziri Əhməd Davudoğlunun səsi batıb.
Oxu.az "Milliyet”ə istinadla xəbər verir ki, baş nazir son günlər seçkiöncəsi marafonda bir gündə üç mitinq keçirib.
Davudoğlunun səs telləri bu gərginliyə dözməyib. Nazirin xanımı Sara Davudoğlu ona "danışma qadağası” qoyub.
Ötən həftə Davudoğlu mitinqlərin birində alçaq səslə danışıb. Bu həftəki mitinqlərdə isə nazirin səsinin nisbətən düzəldiyi diqqət çəkib.
Baş naziri qarşıda hələ 22 günlük gərgin proqram gözləyir.