Ötən gün axşam saatlarından başlayaraq Cənub bölgəsində intensiv çiskin yağışlar yağır. Lənkəran Regional Hidrometrologiya müəssisəsinin direktoru Cavid Hüseynovdan aldığımız məlumata görə yağıntılar Lənkəran-Astara ərazisində üstünlük təşkil edir. Yağışın yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək ,Şimşək çaxacağı gözlənilir, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Oktyabrın 11-də havanın temperaturu gecə 15-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir. Hidrometeoroloqun sözlərinə görə hazırda Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsi ötən günlərlə müqayisədə 25-30 santimetr artıb. Cavid Hüseynov əlavə etdi ki ,belə hava şəraiti oktyabrın 14-ə kimi dava edəcək .Oktyabrın ikinci yarısından isə havaların yenidən mülayimləşəcəyi, temperaturun bir qədər yüksələcəyi gözlənilir.
