Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsini icra edən Vəliəhd Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ölkədə akkreditə olunmuş səfirləri sarayına dəvət edib.

Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə onun sarayında keçirilmiş görüşdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov da iştirak edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Ramazan ayının başlanması ilə əlaqədar xoş diləklərini BƏƏ-nin Prezidenti vəzifəsini icra edən Vəliəhdə çatdırıb, Birləşmiş Ərəb Əmirlikləri xalqına uğurlar və əmin-amanlıq arzulayıb.

Öz növbəsində, Vəliəhd də Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və səmimi arzularının çatdırılmasını xahiş edib. O, Azərbaycan xalqına sülh və firavanlıq arzu edib.
AZƏRTAC
.