Daşkəsəndə bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci ildə anadan olmuş Həsənova Günel Əli qızı yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda araşdırma aparılır.

.