İlkin məlumatlara görə, "Bakı metropoliteni” QSC 2014-cü ildə sərnişin daşımalarından 42 mln. 64,2 min manat əldə edib. Bu, ötən ilə nisbətən 1,8% azdır.
Sərnişin daşımalarının artması fonunda metronun gəliri 4,3% azalıb. 2014-cü ildə metropoliten rekord sayda sərnişinə xidmət edib – 215,5 mln. nəfər (+8,9 mln).
Dövlət Statistika Komitəsindən Turan-a verilən məlumata görə, metropolitenin sərnişindaşıma xərcləri əldə edilmiş vəsaitdən 57 mln. 188 min manat çox – 99,2 mln. manat olub. Maraqlıdır ki, dövlət QSC 2013-cü illə müqayisədə xərcləri 11 mln. 248 min manat azaltmağa müvəffəq olub.
Qeyd edək ki, 2014-cü ildə metroda sərnişindaşımanın maya dəyəri 0,46 qəpik təşkil edib ki, bu da 2013-cü ildə olduğunda 0,07 manat azdır.
Metropolitenin ziyanının bir hissəsi dövlət büdcəsindən dotasiya hesabına ödənilir. 2014-cü ildə bu məqsədlə 38 mln. manat ayırmaq nəzərdə tutulurdu.
Bakı metrosunda gediş haqqı 0,20 manat təşkil edir.

.