Danimarkanın Baltik dənizində yerləşən Zelandiya adasının Vordinqborq şəhərində söküntü işləri zamanı qüllə kitabxana binasının üzərinə aşıb.

YZ RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisənin sakinlər tərəfindən çəkilmiş videosu "YouTube" kanalına yerləşdirilib.

Cümə günü, aprelin 6-da mütəxəssislər köhnə tikilini partladıblar, lakin plana əks olaraq qüllə kitabxana binasının üzərinə aşıb.

Hadisə yerində növbə çəkən polis və xilasedicilərin məlumatına görə, qüllə uçan zaman orada olan şəhərlilər və işçilər arasında xəsarət alan olmayıb.

.