Danimarka yığma komandasının futbolçusu Uilyam Kvist millidəki karyerasını başa vurub.
Yenizaman.azxəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi "Facebook" hesabından paylaşım edib.

O, DÇ-2018-in 1/8 finalında Xorvatiyaya qarşı keçirdiyi matçın onun üçün sonuncu olduğunu vurğulayıb. Kvist kimi, digər danimarkalı Kron-Deli də millidəki karyerasının sona çatdığını açıqlayıb.

Qeyd edək ki, Danimarka dünya çempionatının 1/8 finalında əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyasında məğlub olub.
.