Danimarka Enerji Agentliyi "Şimal axını-2" qaz kəməri tikintisinin layihə operatoru olan  "Nord Stream 2 AG" şirkətinə Bornholm adasının cənub-şərqindəki "Nord axını 2" qaz boru kəmərinin yarımçıq qalan hissəsinin tikintisində lövbər mövqeyi olan gəmilərin istifadəsinə icazə verib.

Bu barədə "Nord Stream 2 AG" şirkətinin məlumatında deyilir.

Bildirilir ki, boru kəmərinin Danimarkanın eksklüziv iqtisadi zonasından keçən hissəsi dəniz mühitinə zəhərli batırılmış kimyəvi maddələrinin daşması riski səbəbindən lövbərlərin istifadəsi və dib işlərinin aparılması tövsiyə edilmədiyi ərazidən kənarda yerləşir.

Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

.