Braziliya millisinin keçmiş üzvü Dani Alves girov üçün tələb olunan 1 milyon avronu odəmədiyi üçün ən azı bir gecə həbsxanada keçirəcək.
Bu barədə “El Partidazo de COPE” nəşri məlumat yayıb.
Eyni zamanda, Alves martın 22-si yerli vaxtla saat 14:00-a qədər (Bakı vaxtı ilə 17:00) girov ödəməsə, həftə sonu həbsxanada qalacaq.
Martın 20-də məhkəmə zorlama ittihamı ilə həbs cəzasına məhkum edilmiş “Barselona”nın keçmiş müdafiəçisinin 1 milyon avroluq girov müqabilində azadlığa buraxılmasına qərar verib. Eyni zamanda Alvesin pasportları götürüləcək və məhkəmə ondan həftəlik hesabat tələb edəcək.
.