
Braziliya milli komandasının futbolçusu Dani Alvesin yeni klubu dəqiqləşib.
36 yaşlı sağ cinah müdafiəçisi karyerasını vətənində davam etdirəcək.
Arxa xətt oyunçusu "San-Paulu” ilə müqavilə imzalayıb. Anlaşma 2022-ci ilin dekabrına qədər nəzərdə tutulub.
Qeyd edək ki, D.Alves 2017-19-cu illərdə Fransa təmsilçisi PSJ-də çıxış edib. Bu yay müqaviləsi başa çatan müdafiəçi azad agent statusu ilə Braziliya klubuna keçib.
.