Dünən intihara cəhd etmiş Göyçay şəhər 9 saylı orta məktəbinin direktoru 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir.

"Report” xəbər verir ki, onun vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, A.Qəribov ötən gün dirsək boşluğu nahiyəsinin damarlarını kəsərək intihara cəhd edib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
.