Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

Belə ki, Azadlıq prospekti ilə Əlövsət Quliyevküçəsinin kəsişməsində, piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçən təxminən 45-50 yaşlı Bahar adlı qadını işıforun yaşıl işığında hərəkətedən 165 nömrəli sərnişin avtobusu vurub. Avtobusun sürücüsü Balagözov Vaqif Həmzə oğlunun "Report"a verdiyi məlumata görə, piyada qadın qulaqcıqdan istifadə edirmiş. O, qəfildən yola çıxıb. Hadisə şahidləri piyadanın ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

.