Yenizaman.az CTV-yə istinadən bildirir ki, Cənub bölgəsinə yağan intensiv yağıntı bir sıra fəsadlar törədib. Yağış əsasən Astara rayonuna ziyan vurub.

Ötən gün axşam saatlarından başlayaraq Cənub bölgəsində yenidən yağan intensiv yağıntı bütün rayonları əhatə edib. Sübh saatlarınadək davam edən leysan yağış daha çox Astara rayonunda ciddi fəsadlara yol açıb. Yağıntı nəticəsində dağlardan gələn sel suları yolları, bagları, piyada körpülərini yuyaraq aparıb.

Sel suları bir müddət sonra çəkilsə də yaratdığı problemlər hələ ki, aradan qaldırılmayıb. Yolların bərbad vəziyyətə düşməsi sakinlərin rayon mərkəzinə gediş-gəlişində çətinliklər yaradıb. 10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bundan başqa sel suları torpaqda sürüşmə aktivliyini də artırıb. Dağlıq ərazidə yerləşən yaşayış evləri üçün təhlükə yaranıb.

Təbii fəlakət nəticəsində rayon ərazisində, xüsusən ucqar yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.


.