Mart-aprel aylarında seldən zərər çəkmiş Rusiyanın Dağıstan və Çeçenistan regionlarında genişmiqyaslı torpaq sürüşmələri mümkündür.
Yenizaman Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov bildirib.
"Zərər çəkmiş regionlarda sürüşmə proseslərinin aktivləşməsi problemi kəskin şəkildə mövcuddur. Bu, qəza-bərpa işlərinin aparılması zamanı əlavə çətinliklər yaradır", - Kurenkov deyib.
28 mart və 4-5 aprel tarixlərində yağan güclü yağışlar Dağıstan və Çeçenistanda genişmiqyaslı sellərə səbəb olub. Hər iki regionda federal səviyyəli fövqəladə hal rejimi tətbiq edilib.
Son məlumatlara görə, Dağıstanda 9,8 mindən çox ev su altında qalıb. 7,1 mindən çox yaşayış evinin zədələndiyi müəyyən edilib. Dağıstanda daşqın nəticəsində altı nəfər ölüb, 6,2 mindən çox insan zərər çəkib.
Çeçenistanda yağışlar nəticəsində 3 mindən çox ev zədələnib
.
