Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatının açılış mərasimi keçirilib.
Mərasimdə ACF və GİN rəsmiləri iştirak ediblər.
Nazir müavini Mariana Vasileva çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan çempionatı Bakı İdman Sarayında təşkil olunub. Yarışa dekabrın 1-də yekun vurulacaq.
.