
Türk telekanallarının izləmə rekoru qıran məşhur serialı "Çukur"un sevilən aktyorlarından Erkan Kolçakköstendil (Vartolu) Azərbaycana gəlir.
Aktyorun baş rolda oynadığı "12 Numaralı Adam” ("12 nömrəli şəxs”) tamaşa oyunu 16 dekabr 2018-ci il 20:00 tarixində Nizami Kinoteatrında səhnələşdiriləcək. Məşhur aktyor tamaşa üçün Bakıya səfər edəcək.
Qeyd edək ki, 1983-cü ildə doğulan aktyor ilk dəfə TRT1 kanalında yayımlanan "Sakarya Fırat" serialındakı Mahmut Karakum rolu ilə tanındı.
Sonra isə "Çukur" serialında Vartolu obrazı ilə daha da məşhurlaşdı.
.