COVID-19-un yeni və daha çox yoluxucu olan ştamı meydana çıxıb.
Yenizaman xəbər verir ki, yeni ştam “Pirola” adlanır.
Amerikalı ekspert Georges Benjamin bildirib ki, bu ştam daha da yoluxucu olmasına baxmayaraq, öldürücü deyil: “Amma əsas problem odur ki, mövcud peyvəndlər daha az təsirlidir. Çünki virus hər dəfə mutasiyaya uğrayır. Bu isə vaksinlərin effektliyini azaldır”.
Məlumata görə, yeni ştamın özünəməxsus simptomu hələ ki aşkarlanmayıb. Bununla belə, “Pirola”ya yoluxanlarda ümumi əlamətlər - şiddətli ürəkbulanma, öskürək, boğazağrısı, burun axması, asqırma, yorğunluq, başağrısı, əzələ ağrıları və iybilmənin itməsi müşahidə olunur.
Ekspert qeyd edib ki, dünyada yoluxmanın artmasının əsas səbəblərindən biri də vaksinlərin bərabər paylanmaması, bəziləri üçün peyvəndlərin əlçatan olmamasıdır: “İnsanlar lazım olan qədər peyvənd vurdurmadıqları üçün daha çox yoluxurlar. Buna görə də xüsusilə peyvənd olunmayanlar daha tez yoluxur və vaxtından əvvəl ölür”.
Həkim insanları peyvəndlənməyə çağırıb.
.