3 il əvvəl bu qədim şəhərdə Türkiyə və Azərbaycanda əvəzsiz əlaqələri taclandıran Şuşa Bəyannaməsi imzalandı.
Bunu Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasının Vitse-prezidenti Cövdət Yılmaz bildirib.
Cövdət Yılmaz qeyd edib ki, Şuşanın azad edilməsi ilə 44 günlük müharibədə Azərbaycanın rəsmi qələbəsi elan edilib: “Qarabağ Azərbaycandır, həmişə Azərbaycan olacaq deyirik. Tarixi bir fürsət var. Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının tezliklə imzalanması Cənubi Qafqazda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Cənubi Qafqazda nəqliyyat xətlərinin açılması Türk dünyası üçün böyük fürsətlər yaradacaq”.
Cövdət Yılmaz nəzərə çatdırıb ki, beynəlxalq təşkilatların 10 illər boyu ədalətsiz yanaşmasına baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı haqlı savaşında qələbə qazanıb: “Bu gün belə mərkəzlərin haqsız şəkildə Azərbaycanı hədəf almaları qəbul edilə bilməz. Buna qarşı çıxmağımız həm də qardaşlığımızın gərəyidir”.
.