Quba rayon sakini Laçın Bayramovun aldığı çörəyin içindən iynə çıxıb.

L.Bayramov çörəyi Qubada "Tək ulduz" mağazasından aldığını bildirib.

"Çörəyi yemək üçün iki yerə böldüm. Böldüyüm hissələrin içərisində iynə olduğunu gördüm", - rayon sakini deyib.

Qeyd edək ki, L.Bayramov Qubanın Digah kəndində yaşayır. 

Report.az



.