“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin genişlənməsinə imkan verməzdi”.

Bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CBS News telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, o (Tramp -Qeyd) 2022-ci ildə prezident olsaydı, Rusiya yəqin ki, müharibəyə başlamazdı”, - deyə siyasətçi bildirib.

B. Conson həmçinin Trampın siyasi gələcəyinə müsbət yanaşdığını bildirib. O, Ağ Evin rəhbəri postuna namizədi sərt, lakin uzaqgörən siyasətçi hesab edir.

.