ABŞ dövlət katibi Con Kerri Türkiyə hökumətini demokratik prinsiplərə riayət etməyə çağırıb.
"Washington Post” xəbər verir ki, Kerri Türkiyədə dövlət çevrilişinə cəhddən sonra davam edən həbslər və minlərlə məmurun saxlanılması ilə bağlı narahatlığını bildirib. Bundan əlavə, Türkiyə rəhbərliyi üsyançılara münasibətdə ölüm cəzasının tətbiq ediləcəyini istisna etməyib.
ABŞ nümayəndəsinin fikrincə, bu cür hərəkətlər demokratik prinsipləri təhlükə altında qoyur və bu da öz növbəsində Türkiyənin NATO-da üzvlüyünü sual altına salır. (virtualaz.org)
.
