İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına dair zəmanət tələb edir.

Bu barədə adı açıqlanmayan diplomat CNN-ə məlumat verib.

Onun sözlərinə görə, hazırda vasitəçilər bu problemi həll etməyə çalışır.

Mənbə bildirib ki, İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar İsrailin Livana hücumları səbəbindən təxirə salınıb.

ABŞ-İran dialoqunun növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, danışıqlar bu gün İsveçrədə ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın rəhbərliyi ilə keçirilməli idi.

İsveçrə Xarici İşlər Nazirliyi görüşün ləğv edildiyini bəyan edib.

.