ABŞ Prezidenti Cozef Baydenin reytinqi prezidentliyə namizədlərin ilk debatındakı zəif performansdan sonra yeni minimuma çatıb.

Bunu CNN televiziya şirkətinin sorğusunun nəticələrində əks olunub.

Sorğuda iştirak edənlər rəqibindən 6 bənd üstün olan keçmiş prezident Donald Trampı dəstəkləyirlər – 49 % 43 %-ə qarşı. Bundan əlavə, Amerika seçicilərinin dörddə üçü hesab edir ki, əgər onların namizədi Bayden olmasaydı, Demokrat Partiyasının 2024-cü ildə prezident seçkilərində qalib gəlmək şansı daha yüksək olardı.

Bununla belə, CNN iddia edir ki, Tramp müstəqil seçicilər arasında keçirilən sorğuda hələ də 10 xal üstünlüyünü qoruyub saxlayır – 44 % 34%-ə qarşı.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

.