Çində aliminium istehsal edən zavodda avadanlıq uçub. 

AzNews.az Çin Mərkəzi televiziyasına istinadən xəbər verir ki, qəza ötən gün "Aluminum Corporation of China”ya məxsus zavodda avadanlıqların təmiri zamanı baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb. Müəssisənin daha 2 əməkdaşı itkin hesab olunur. Bundan əlavə qəza nəticəsində 7 işçi xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır. 

Çin Xalq Respublikasının polis qüvvələri hadisənin baş vermə səbəblərini araşdırmağa başlayıb. Faktla bağlı bir şübhəli şəxs saxlanılıb. 

.