Çinin Xunan vilayətində maneəyə çırpılmış sərnişin avtobusunun yanması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Yenizaman.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.
Qeyd edək ki, hadisə İçjan yaşayış məntəqəsində baş verib. Avtobusun içərisində 56 nəfərin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
