Çinin Sıçuan vilayətində keçirilən aksiya zamanı nümayişçilərlə polis arasında yaşanan qarşıdurma nəticəsində ən azı 68 nəfər xəsarət alıb.
Bu barədə "Trend" RİA Novosti-yə istinadən xəbər verir.
Qarşıdurma bazar günü Quanyan şəhər dairəsinin Linşuy qəzasında baş verib. Etirazçılar hakim dairələrdən qəzada dəmiryolunun tikilməsini tələb ediblər.
Toqquşma zamanı etirazçılar bir neçə avtomobili yandırıb, 40 nəfər asayiş keşikçiləri tərəfindən saxlanılıb. 30 polis və 38 nəfər aksiya iştirakçısının xəsarət aldığı bildirilir.

.