Çinin cənubundakı Haynan əyalətinin inzibati mərkəzi olan Haykou şəhərində naməlum şəxs ibtidai sinif şagirdlərini bıçaqlayıb.
"Report" xəbər verir ki, hücum nəticəsində yeddi uşaq xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Boğazından yaralanmış bir qızın vəziyyəti narahatlıq doğurur.
Şahidlərin sözlərinə görə, hücum edən şəxsin 30-40 yaşı var. Hadisədən sonra o gizlənməyi bacarıb.
Artıq hadisə yerinə polis də gəlib, istintaq və təcavüzkarın axtarışı başlayıb.
.