Çinin Fençen şəhərində elektrik stansiyasının tikinti konstruksiyası uçub. 

AzNews.az Sinxua agentliyinə istinadən xəbər verir ki, hadisə baş verən zaman ərazidə 68 nəfər olub. Qəza nəticəsində 40 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. 26 nəfərin taleyi barədə dəqiq məlumat yoxdur. İlkin ehtimala görə, ən azı 22 nəfər dağıntılar altında qalıb. 

Hadisə yerində xilasetmə işləri aparılır. Xilasetmə işlərinə 9 təlim keçmiş it, həmçinin 2 robot-xilasedici cəlb olunub.




 

.