Qırğızıstanda Çin səfirliyi yanında partlayış baş verib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bişkekdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarından verilən ilkin məlumata görə, "Mitsubishi” markalı maşını idarə edən naməlum şəxs səfirliyin darvazasını yıxmaq istəyib, nəticədə güclü partlayış baş verib.
Cinayətkar hadisə yerində ölüb. Xəsarət alanlar isə səfirliyin mühafizəçiləridir.
Hadisənin terrorla əlaqəli olub-olmadığı araşdırılır.
