ABŞ Prezidentinin şəxsi salamlarını Sizə və Azərbaycan xalqına çatdırıram.

Bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər: “Bəlkə də çoxları bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Əməliyyatları çətin şəraitdə apardıq və həmin vaxt nüfuzu qoruyub saxlaya bildik”.

Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlı olmasını istəyirik

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlı olmasını istəyirik”.

Bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

Ceyms Devid Vens sülh sazişi üçün Prezident İlham Əliyevə təşəkkür edib: “Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Tramp bunu edə bildi”.

Trampdan başqa, həm Türkiyə, həm də İsraillə yaxşı münasibətləri olan yeganə lider İlham Əliyevdir

Şəxsən Azərbaycanda olmağımdan inanılmaz dərəcədə məmnunam.

Bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

“Prezident Trampdan başqa, dünyada həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə lider Azərbaycan Prezidenti İlham Əliyevdir”, -deyə ABŞ Vitse-prezidenti vurğulayıb.

ABŞ ərazi sularının mühafizəsi üçün Azərbaycana yeni qayıqlar göndərəcək

ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha güclü və daha yaxşı münasibətlərin yaranacağı növbəti fəsli açırıq.

Bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

“Ərazi sularının mühafizəsinə kömək etmək üçün Azərbaycana yeni qayıqlar göndərəcəyik”, - deyə Ceyms Devid Vens bildirib.

.