"NATO ötәn gün Dağlıq Qarabağda keçirilәn "seçkilәr"in nәticәlәrinin Dağlıq Qarabağın hüquqi statusuna tәsir edәcәyini vә ya Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәlli prosesinin nәticәsini әvvәlcәdәn müәyyәn edәcәyini qәbul etmir".APA-nın mәlumatına görә, bu barәdә NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün "facebook" sәhifәsindә yazıb.
"NATO ATӘT-in Minsk qrupunun seçki ilә bağlı bәyanatını dәstәklәyir. Biz Minsk qrupu çərçivəsində Azәrbaycan vә Ermәnistan prezidentlәri arasında dialoqun tez bir zamanda davam edәcәyini gözlәyirik", C. Appaturay qeyd edib. .
.
