“ÜST-ün məlumatlarına əsasən, dünyada yerinə yetirilən orqan transplantasiyaları mövcud tələbatın yalnız 10 faizini yerinə yetirir”. 

Bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib. 

O bildirib ki, Azərbaycanda böyrək və qaraciyər transplantasiyaları həyata keçirilir: “Azərbaycanda donor orqanı çatışmazlığı, meyitdən orqanın köçürülə bilməməsi maneə olaraq qalmaqdadır. Böyrək, qaraciyər donor orqanları çatışmazlığı başlıca problemlərdən biridir”. 

C. Məmmədov qeyd edib ki, ÜST-ün məlumatlarına görə, dünyada böyrək transplantasiyalarının 36.2 faizi, qaraciyər transplantasiyalarının isə 19.2 faizi canlıdan canlıya köçürülür: “Heç bir ölkədə bu əməliyyatlara olan ehtiyac yalnız canlıdan canlıya orqan köçürülməsi ilə aparılmır. Donor çatışmazlığı ilə bağlı bizdə bir sıra orqan köçürmə əməliyyatları ümumiyyətləri aparılmır”.

.