ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Vaşinqtondakı səfirliyinin təşkilatçılığı ilə keçirilən, 8 Noyabr – Zəfər Gününə həsr edilən tədbirdə iştirak edib.

Bu barədə XİN başçısı “Twitter“ səhifəsində yazıb.

“Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilən Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunam.

Bu şərəfli bayramı ABŞ-da yaşayan soydaşlarımızla birgə qeyd etməkdən şad oldum. Qələbə gününüz mübarək, Azərbaycan”, - C.Bayramov qeyd edib.

.