Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Bu barədə Andrey Sibiqa “X” platformasındakı paylaşımında bildirib/
XİN rəhbərləri ikitərəfli və çoxtərəfli məsələləri, eləcə də ortaq məsələləri müzakirə ediblər.
“Biz suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətimizi bir daha təsdiqlədik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”, - Andrey Sibiqa əlavə edib.
.