Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Иu barədə Azərbaycan XİN məlumat yayıb.

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Görüşdə regional təhlükəsizlik sahəsində mövcud vəziyyət, o cümlədən İran dronlarının Azərbaycana hücumları müzakirə edilib.

Türkdilli dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsinin və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

.