Xarici işlər naziri Ceyhun Bayramov bu gün Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirak edib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Müzakirələr zamanı Ceyhun Bayramov Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar yardımı, o cümlədən ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını və zərərçəkmiş şəxslərin dəstəklənməsinə yönəlmiş bərpa təşəbbüslərini diqqətə çatdırıb.

Münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması, o cümlədən münaqişədən sonrakı bərpa prosesində beynəlxalq həmrəyliyin əhəmiyyəti vurğulanıb.

Nazir Azərbaycanın Ukraynaya humanitar dəstəyi davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

.