![](/uploads/img/posts/2024/04/04/7jpg-1712241289.jpg)
Xarici işlər naziri Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə Azərbaycan XİN rəhbəri “X” platformasında bildirib.
“Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu.
Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq”, - Ceyhun Bayramov vurğulayıb.
.