Türkiyənin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov türkiyəli iki nazirlə birlikdə zəlzələdə zərər görmüş vətəndaşlarla söhbət edib.
Ceyhun Bayramov hazırda Süleyman Soylu, Mövlud Çavuşoğlu, Etibar Mirzəyevlə birgə dağıntı olan əraziyə yollanıb.
***
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə gedib.
Nazir artıq Kahramanmaraş şəhərinə çatıb. Səfər çərçivəsində, C. Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
Həmçinin, nazir Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyini (AFAD), Kahramanmaraşın mərkəzində fəaliyyət göstərən azərbaycanlı axtarış-xilasetmə qrupunu, Azərbaycanın səhra hospitalını və axtarma-xilasetmə yerlərini ziyarət edəcək.
***
11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.
XİN-dən bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
.
