Yaxın Şərqdə, Qəzzada dayanıqlı sülhün əldə edilməsi vacibdir.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün İran ətrafında baş verənlərin hər üç ölkəyə təsiri müzakirə edilib.
“Vahid yanaşma ondan ibarətdir ki, diplomatik, siyasi yollara üstünlük verilməlidir, beynəlxalq hüquqa riayət olunmalıdır. Atəşkəsin təmin edilməsi və daha sonra davamlı sülhün əldə edilməsi bütün bölgə üçün ən önəmli məqamlardan biridir”, - XİN rəhbəri qeyd edib.
.
