Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanlar yaranıb.
Bunu Gülüstan sarayında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
Yaranmış bu tarixi şəraitdə ölkəmizin hər zaman olduğu kimi dialoq və sülh tərəfdarı qismində çıxış etdiyi, qarşı Ermənistan tərəfi üçün isə ərazi iddiaları yerinə regional əməkdaşlığı seçmək vaxtının gəlib çatdığı qeyd edilib.
.