Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek Bakıya rəsmi səfərə gəlib.
Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, L.Zaoralek XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.
Səfərin məqsədi və müzakirə olunacaq məsələlər açıqlanmır.
.
