Cənubi Koreyanın KF-16 qırıcısı Seuldan 120 kilometr cənub-qərbdə yerləşən Sosan şəhərində qəzaya uğrayıb.

Bu barədə yerli “Yonhap” nəşri məlumat yayıb.

Hadisə sentyabrın 21-də səhər saatlarında qırıcının hərbi bazadan havaya qalxmasından dərhal sonra baş verib.

Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, pilot təcili katapult edib və onun həyatına təhlükə yoxdur.

.