Сənubi Koreyada Hərbi Vəziyyətə Nəzarət üzrə Qərargah onun qüvvədə olacağı müddət ərzində ölkədə parlamentin və siyasi partiyaların fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Bu barədə “Yonhap” agentliyinin məlumatında bildirilib.

Eyni zamanda, ölkənin parlamentinə giriş-çıxış dayandırılıb. Bildirilib ki, qanunverici orqanın əməkdaşları ilə birlikdə deputatların da binaya girişinə icazə verilmir.

Qeyd edək ki, hərbi vəziyyətin tətbiqi barədə qərar Prezident Yun Sok Yolun impiçmenti prosesinə başlanacağı barədə informasiya yayıldıqdan sonra verilib.

.