Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək.

Bu barədə Cənubi Koreya Prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen Inın Pxenyanda keçirilmiş sayca üçüncü sammitdən sonra bəyannaməsində bildirilir.

"2032-ci il olimpiadasını keçirmək üçün birgə ərizənin verilməsinə dair razılıq əldə olundu", - sənəddə vurğulanıb.

Habelə qeyd olunub ki, bu iki ölkə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vahid komanda göndərməklə ilk belə təcrübəni həyata keçirmək istəyir. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının açılış mərasimində parada Cənubi Koreya və KXDR yığmaları vahid Koreya bayrağı altında qatılıblar.
.