Cənubi Koreyanın Rusiyadakı keçmiş səfiri Li Sok Pe yenidən Moskvada diplomatik missiya rəhbəri vəzifəsinə təyin edilib.
Yenizaman-ın Rusiya KİV-inə istinadən məlumatına görə, sərəncam Cənubi Koreya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
O, 2019-cu ilin mayından 2022-ci ilin avqustuna qədər Cənubi Koreyanın Rusiyadakı səfiri vəzifəsini tutub. Li Sok Pe, həmçinin Cənubi Koreyanın Rusiya və Qazaxıstandakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, Sankt-Peterburqda baş konsul işləyib.
.
