İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı ballistik raketlərlə hücum cəhdi həyata keçirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, hücum ABŞ-ın Şərq sahili vaxtı ilə saat 17:45-də həyata keçirilib.
CENTCOM-un açıqlamasına görə, İran tərəfindən buraxılan bütün ballistik raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib.
Komandanlıq əlavə edib ki, ABŞ qüvvələri yüksək döyüş hazırlığı vəziyyətini qoruyur.
.
