48 yaşlı Cey Lo"Paper" jurnalı üçün dəbdəbəli fiqurasını nümayiş etdirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şou-biznesinin ulduzu Cennifer Lopes də "Paper" jurnalının Las-Veqasa həsr olumuş foto layihəsində iştirak edib.
Dəfələrlə dünyanın ən gözəl və istəkli qadınları sırasına daxil olan müğənni-aktrisa ideal bədən formaları ilə pərəstişkarlarını heyran edib. İldən-ilə gözəlləşən Cennifer Lopes bildirir ki, onun cavanlıq sirri çox sadədir. O, illərdir idmanla məşğul olur və sağlam qidalanır.
Qeyd edək ki, müğənni bu yaxınlarda Las-Veqasda konsert proqramı ilə çıxış edəcək.













.