Pop ulduzu Cennifer Lopes ənənəsinə sadiq qalaraq bu dəfə də kilpində seksual görüntüləri ilə diqqət çəkib.
Cennifer Lopes "Gente De Zona” Kuba qrupu ilə ispan dilində oxuduğu "Ni T Ni Yo” adlı mahnıya çəkdirdiyi klipi təqdim edib. 70-ci illərin ruhunda və tropik üslubda çəkilən klip Cənubi Floridada lentə alınıb.
Süjetə əsasən klipin qəhrəmanı Cennifer bir fotoqrafla tanış olur: Qəhrəmanlar silsiləli fotosessiyadan sonra gözlənilmədən başa düşürlər ki, bir-birinə vurulub. Video parlaq və ehtiraslı alınıb: Çarxda ulduz keçən həftə konsertində geyindiyi dərin yarıqlı qara libası və tropik bitkilərin fonunda çılpaq pozalar verib.
Ceylo seksual rəqsləri ilə də pərəstişkarlarını bir daha ovsunlayıb.
